EPS NƏDİR?

Bu günkü dünyamızda- yaşadığımız yer kürəsinda olan təbii qaynaqların tükənməməsi va bu qaynaqlardan düzgün istifadə olunması üçün yaşadığımız hər alanda enerji ehtiyatlarından düzgün istifadə olunması artıq bir insanlıq görəvi olmuşdur. Enerjinin düzgün istifadə olunması üçün binaların va qapalı məkanların istilik izolyasiyasına çox böyük ehtiyac vardır. Ona görə də, hazırki dövrdə bu ehtiyacların qarşılanması üçün bir çox istilik izolyasiyası materialları istehsal olunmaqdadır. Bu məhsullərın başında gələn EPS eyni mahsuldarlığı ilə ölkəmizdə istifadə olunan digər istilik izolyasiya materiallarından həm texniki özəlliklərinə görə, həm də daha münasib qiymətə təklif olunan yeganə materialdır. Hazır şişirdilmiş EPS-nin 98%-i hərəkətsiz havadır va 2%-i isa polistrendir.
Material dünya standartlarında B sinifi yanmama kateqoriyasına aiddir, yəni özü özünü söndürən və tərkibində yanmazlıq qatqı maddəsi olan məhsuldur.
Heç bir kimyəvi reaksiyaya girmədiyi üçün digər izolyasiya meterialları kimi çürümə prosesi getmir, qalınlıq va izolyasiya dəyəri kimi vahidlərdə heç bir dəyişmə olmur. Yüksək faydalılıq verən EPS yüngüldür va bu səbəb ilə evlərin və binaların statik ağırlıqlarına təsir etmir. Ekoloji cəhətdən isə, istehsalından sonra heç bir zərərli qaz buraxmadığı üçün insan sağlamlığına va təbiətə heç bir manfi tasiri yoxdur. Eləcə də EPS, istifadə olunan evlərda fosil kökənli yanacaqların istifadəsini azaltdığı üçün, çevrəyə buraxılan C02 qazının ifrazını da azaldır. EPS məhsulları binaların istilik va səs izolyasiyasında, evlərin va binaların dekorativ bəzədilməsində, soyuq hava depolarının izolyasiyasında, asasan soyuq bölgələrdə yol tikintisində, mərtəbələrin və döşəmələrin yüksəldilməsində və möhkəmləndirilməsində və daha neçə işlərdə asan tətbiqi və möhkəmliyi ilə limitsiz istifadə sahəsinə sahibdir.

EPS nədir
İzolyasiyanın faydaları

EPS ilə mantolamanın faydaları

Yayda istinin, qışda isə soyuğun qarşısını alaraq enerjiyə qenaət edir. Daxili səthlərdə nəm və kifin yaranmasının qarşısını alır. Çöldəki səslərin içəri, içəridəki səslərinsə çölə keçməsinin qarşısını alır. Rahat və sağlam yaşayış səhələrinin yaradılmasına kömək edir.
Qar, yağış və s. kimi atmosfer təsirlərindan qoruyaraq evinizin ömrünü uzadır. Fasaddakı çatların və zədələrin qarşısını alır. Ömrü binanızın ömrü ila eynidir, illər keçsədə izolyasiya dəyəri dəyişməz olaraq qalır. Divarlarda olan dəmir parçalarını qoruyaraq korroziya yaranmasının qarşısını alır. Enerjiyə qənaət etdiyi üçün daha az yanacaq sərfiyatı sərf olunur və bununla da təbiətimizi qorumağa kömək edir.

Niyə Rerapier?

İzolyasiya
Yanıb alışmayan
Uzunömürlü
Enerjiyə qənaət
Rütübətə son
Rahat quraşdırılma
Su keçirtməz
Mühit dostu
Yüngül
Bizimlə əlaqə

Suallarınızı cavablandırmağa hazırıq

Məhsullarımız haqqında daha detallı məlumat əldə etmək üçün formu dolduraraq bizə göndərməyiniz kifayətdir.
Təcrübəli əməkdaşlarımız sizə ətraflı məlumat verməyə hazırdır.

    × Kömək lazımdır?