
Bu günkü dünyamızda- yaşadığımız yer kürəsinda olan təbii qaynaqların tükənməməsi va bu qaynaqlardan düzgün istifadə olunması üçün yaşadığımız hər alanda enerji ehtiyatlarından düzgün istifadə olunması artıq bir insanlıq görəvi olmuşdur. Enerjinin düzgün istifadə olunması üçün binaların va qapalı məkanların istilik izolyasiyasına çox böyük ehtiyac vardır. Ona görə də, hazırki dövrdə bu ehtiyacların qarşılanması üçün bir çox istilik izolyasiyası materialları istehsal olunmaqdadır. Bu məhsullərın başında gələn EPS eyni mahsuldarlığı ilə ölkəmizdə istifadə olunan digər istilik izolyasiya materiallarından həm texniki özəlliklərinə görə, həm də daha münasib qiymətə təklif olunan yeganə materialdır. Hazır şişirdilmiş EPS-nin 98%-i hərəkətsiz havadır va 2%-i isa polistrendir.

Yayda istinin, qışda isə soyuğun qarşısını alaraq enerjiyə qenaət edir. Daxili səthlərdə nəm və kifin yaranmasının qarşısını alır. Çöldəki səslərin içəri, içəridəki səslərinsə çölə keçməsinin qarşısını alır. Rahat və sağlam yaşayış səhələrinin yaradılmasına kömək edir.
Qar, yağış və s. kimi atmosfer təsirlərindan qoruyaraq evinizin ömrünü uzadır. Fasaddakı çatların və zədələrin qarşısını alır. Ömrü binanızın ömrü ila eynidir, illər keçsədə izolyasiya dəyəri dəyişməz olaraq qalır. Divarlarda olan dəmir parçalarını qoruyaraq korroziya yaranmasının qarşısını alır. Enerjiyə qənaət etdiyi üçün daha az yanacaq sərfiyatı sərf olunur və bununla da təbiətimizi qorumağa kömək edir.