1996-dan bugünə
Rerapier - Termo Aqlay və müasir fasad örtükləri

Rerapier şirkəti 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən Behrud şirkətinin bir törəmə şirkətidir. Bu gün Rerapier şirkətinin istehsal etdiyi məhsulları Behrud şirkəti zaman-zaman dünyanın müxtəlif ölkələrindən Azərbaycana gətirərək onların satışını Azərbaycan bazarında təşkil etmişdir.

Bir müddət sonra bu məhsullara olan tələbatın artdığını görərək 2007-ci ildən Azərbaycanda bu məhsulların istehsalına və satışına Rerapier şirkəti adı altında başlamışdır. Halhazırda Rerapier şirkəti 10.000m2 sahəyə malik olan fabrikasında istehsal etdiyi məhsulların satışını Azərbaycanda və xarici bazarlarda uğurla həyata keçirir.

0
Tamamlanmış Layihə
0
Davam edən layihə
0
illik təcrübə
0
Məmnun müştəri
Uyğunluq sertifikatı

Uyğunluq sertifikatı- obyektin texniki reqlamentlərə, standartların və qaydaların müddəalarına, müqavilə şərtlərinə cavab verib vermədiyini şəhadət edən sənəddir. Məhsulların sertifikatlaşdırılması qaydaları Nazirlər Kabinetinin 343 saylı qərarı ilə tənzimlənir.

Rerapier MMC olaraq, Dövlət standartları (həmçinin Azərbaycan Respublikasında tanınmış dövlətlər arası və beynəlxalq standartlar), sanitar normalar və qaydalar, tikinti normaları və qaydaları, təhlükəsizlik normaları və Azərbaycan Respublikasının qanunvericiliyinə görə məhsula dair mütləq tələblər irəli sürən digər sənədlər olduğu üçün, uyğunluq sertifikatı verilmişdir.